Zəmanət şərtləri

Zəmanət satılmış malların zəmanət müddəti ərzində pulsuz təmiri deməkdir. Satılmış mallar dəyişdirilmir və geri götürülmür! Zəmanət təmirinə yalnız istehsalçının günahından baç vermiş defektlər aid edilir. Defektin istehsalçı tərəfindən olub olmaması yalnız Virtualmaqazin kompaniyasının ustaları tərəfindən təsdiq edilə bilər.

Zəmanət müddəti 6 aydır

Kondisionerlərə, paltaryuyan və qurudan, qab yuyan maşınlara, yalnız elektriklə işləyən piltələrə və quraşdırılması tələb olunan digər mallara zəmanət onlar Virtualmaqazin kompaniyasının ustaları tərəfindən quraşdırıldıqda verilir.

Zəmanət müddəti malın satıldığı gündən hesablanır. Zəmanət müddəti bitmiş və ya zəmanət şərtlərinə uyğun olmayan malların təmiri Virtualmaqazin kampaniyasınınn tariflərinə uyğun olaraq pullu şəkildə aparılır.

Malların təmiri 14 gün ərzində həyata keçirilir.Lazımi hissənin olmadığı təqdirdə onun istehsalçıya sifarişi və gətirilməsi müddəti nəzərə alınmaqla təmirin müddəti 90günədək uzadıla bilər.

Əgər məhsul xaricdən sifarişlə gəlibsə,məhsulu təmir üçün alıcı yol xərcin odəməklə geri gondərməlidir.Təmirdən sonrakı yol xərci də ödənilməlidir.
Xarıcdən sifarışlə gələn məhsulların təmiri üçün ayrılmış vaxt 120 günə kimi uzadıla bilər.
Malın zəmanət müddəti onun təmirdə olduğu müddətə uyğun olaraq uzadılır.Zəmanət təmiri servis mərkəzində həyata keçirilir, Virtualmaqazin komapniyasının ustaları malın yerləşdiyi əraziyə getməli deyillər.

A.Satılan mallar yalnız aşağıdakı şərtlərə cavab verdikdə zəmanət təmirinə qəbul edilir.
1. Mehsul Plombu yerinde olmalı
2. Zəmanət müddətinin bitməməsi

B. Aşağıdakı hallarda mallar zəmanət təmirinə qəbul edilmir:
1. Virtualmaqazin kompaniyasının mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən təmirə cəhd edilmişdirsə.
2. Zərbə,itələmə,yerə düşmə, daxilinə kənar cismin və ya mayenin düşməsi, və digər bunlar kimi xarici təsir nəticəsində yaranmış xarici və ya daxili mexaniki zədənin olması halında.
3. Gərginlik sıçrayışları və ya onun həddən artıq və ya aşağı olması nəticəsində yaranan defektlər zaman. Qeyri-stabil işləyən elektrik şəbəkələrinə qoşulması halında istehsalçılar inadla stabilləşdirici aparatlar istifadə etməyi məsləhət görür!
Diqqət: Aşağı gərginliklərdə soyuducuların və kondisionerlərin kompressorlarınınn sınmaq ehtimalı vardır!
4.Əgər malın elektrik qida bloku sıradan çıxmışsa və ya onun içində xarablıq aşkar edilirsə.
5. Audio və video başlıqlarının( lazer tiplilərdən başqa) sıradan çıxması halında.Onların təmizlənməsi zəmanət daxil edilmir və pulludur.
6.Malın istifadə qaydaları pozulduqda. Məişət texnikası istehsalatda istifadə olunduqda.Mehsul sixıldıqda,eyildikde.
7.Telefon və ya hər hansı məhsulun sensor və ya ekranı sındıqda
8.Telefon Və ya digər Sistemlı,planşet,komputerlerin sistemi pozulduqda və ya virus düşdükdə.
9.Telefon,planşet və ya komputer format olunduqdan sonra yaranan probremlərə.

Zəmanet Verilməyən hissələr və ya cihazlar
1:Adaptor
2:Batareya və ya powerbank
3:Usb Kabel
4:Usb keçirici hissə
5:Oyuncaq
6:Mp3 playerler